Narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu Cəlilabad rayonunda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.
Hadisə
26 Avqust , 2020 16:18
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

Cəlilabad rayonunda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Cəlilabad Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Bu zaman avtomobilin sürücüsü olan Cəlilabad şəhər sakini İ.Yusifzadənin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib.

Müayinə zamanı İ.Yusifzadənin avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Sürücünün bir neçə ay bundan əvvəl də eyni əmələ görə cərimə olunduğu müəyyən edilib.

İ.Yusifzadə barəsində toplanmış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.

Son xəbərlər

Orphus sistemi