Bakıda narkotik və döyüş sursatı götürülüb

Bakıda narkotik və döyüş sursatı götürülüb Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda narkotik və döyüş sursatı götürülüb.
Hadisə
544
17 Yanvar , 2019 12:28
Bakıda narkotik və döyüş sursatı götürülüb

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda narkotik və döyüş sursatı götürülüb. 

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qaradağ rayon Polis idarəsinin 38-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marixuana aşkar edilib. Eyni zamanda əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb.

Bundan başqa, 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri digər uğurlu əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Nəzrin Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülən maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Hər iki faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi