İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb Bakı. 21 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük əməkdaşları tərəfindən saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.
Hadisə
21 Yanvar , 2019 12:46
İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük əməkdaşları tərəfindən saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın üzərindəki qara gödəkçənin arxa astar hissəsində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 146 qram olan, tünd qəhvəyi rəngli narkotik vasitə - heroin və üzərində "M40" yazılı 37 ədəd metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi