Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanması ilə bağlı prekursorların miqdarının siyahısı təsdiqlənib

Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanması ilə bağlı prekursorların miqdarının siyahısı təsdiqlənib Bakı. 29 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında qanunu imzalayıb. 
Hadisə
29 Noyabr , 2017 19:56
Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanması ilə bağlı prekursorların miqdarının siyahısı təsdiqlənib

Bakı. 29 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında qanunu imzalayıb. 

"Report"un məlumatına görə, sənədlə “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı” təsdiq edilib.

  1. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı
Sıra№-si Prekursorun adı Xeyli miqdar (təmiz halda qram və litrlə) daxil olmaqla, aşağı hədləri Külli miqdar (təmiz halda qram və litrlə) daxil olmaqla, aşağı hədləri
1. Antranil turşusu 2500 qram 25000 qram
2. Aseton 50 litr 200 litr
3. Erqotamin 0,3 qram 3 qram
4. Efedrin (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə

saxlanılmır)

25 qram 5000 qram
5. Etil efiri 20 litr 200 litr
6. Erqometrin (erqonovin) 0,3 qram 3 qram
7. Fenilsirkə turşusu 1000 qram 10000 qram
8. Xlorid turşusu 100 litr 1000 litr
9. İzosafrol 500 qram 5000 qram
10. Kalium permanqanat 500 qram 3000 qram
11. Lizergin turşusu 0,1 qram 1 qram
12. Metiletilketon (MEK) 20 litr 200 litr
13. Norefedrin 25 qram 5000 qram
14. N-asetilantranil turşusu 300 qram 3000 qram
15. Piperonal 20 qram 200 qram
16. Psevdoefedrin (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində

nəzarətdə saxlanılmır)

25 qram 5000 qram
17. Piperidin 20 qram 200 qram
18. Sirkə turşusunun anhidridi 100 qram 5000 qram
19. Safrol 500 qram 5000 qram
20. Sulfat turşusu 100 litr 1000 litr
21. Toluol 100 litr 1000 litr
22. 1-Fenil-2-propanon 10 qram 2000 qram
23. 3,4-metilendioksifenil- 2-propanon 10 qram 2000 qram

Qeyd. Bu Siyahıda göstərilən miqdarlar həmin prekursorların duzlarına (belə duzların mövcudluğu mümkün olduğu halda) da aiddir.

Son xəbərlər

Orphus sistemi