Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini saxlanılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini saxlanılıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
3 Dekabr , 2014 19:51
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini saxlanılıb
Bakı. 3 dekabr. REPORT.AZ/ Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini saxlanılıb. Abşeron Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Vasif Quliyevdən 2 kiloqram 230 qram marixuana götürülüb. V.Quliyev narkotik maddələrin bir hissəsini Şəmkir rayonundan yabanı halda bitən çətənə kollarından yığdığını bildirib. 

Faktla bağlı V.Quliyev barəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi