Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası martın 27-nə təyin edilib
Hadisə
14 Mart , 2017 14:38
Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Renad Əliyevin cinayət işi məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, R.Əliyev ötən il oktyabr ayının 18-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, R.Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının keçmiş rektoru olub. Azərbaycan dövləti Riyad Əliyevi İnterpol xətti ilə beynəlxalq axtarışa verib.

Son xəbərlər

Orphus sistemi