Yuxarı

​Narkotik vasitələri saxlamaqda təqsirləndirilən şəxsin cəzası azaldılıb

Onun cəzası 1 il müddətinə endirilib

Bakı. 1 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Namiq Nərman oğlu İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

“Report”un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, N.İbrahimova verilən 2 il həbs cəzası 1 il müddətinə endirilib.

Qeyd edək ki, N.İbrahimov satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə N.İbrahimov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi