Narkotik vasitə və saxta pulla tutulan şəxsin digər cinayət əməlləri də üzə çıxıb

Narkotik vasitə və saxta pulla tutulan şəxsin digər cinayət əməlləri də üzə çıxıb Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Avqust , 2015 13:15
Narkotik vasitə və saxta pulla tutulan şəxsin digər cinayət əməlləri də üzə çıxıb

Bakı. 4 avqust. REPORT.AZ/ Narkotik vasitə və saxta pulla tutulan şəxsin digər cinayət əməlləri də müəyyən olunub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi, Göygöl Rayon Polis Şöbəsi və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və saxta pulla tutulan Əli Mahmudovun ətrafında aparılan əməliyyat tədbirləri ilə, onun həmyerliləri - əvvəllər məhkum olunan Bəxtiyar Məmmədov, Arzu Mirzəyev, Daşkəsən rayon sakinləri əvvəllər məhkum olunanlar Ramin Rzayev və Seymur Rzayevlə birgə Elmir Cəfərovun "VAZ-2107" markalı avtomobilini quldurluq yolu ilə alması da müəyyən edilib və onlar tutulublar.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi