Yuxarı
    Bağlamaq

    ​Narkotik satmaqda təqsirləndirilən şəxsə hökm oxunub

    O, 6 il müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Asəf Bəşirovun cinayət işi üzrə məhkəmə başa çatıb.

    "Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə A.Bəşirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, A.Bəşirov 2015-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi