Yuxarı

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Samir Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Samir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Abbasov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik, külli miqdarda) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi