Yuxarı

​Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

O, 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 16 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Çingiz Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ç.Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ç.Abbasov ötən il polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində axtarış aparılarkən narkotik maddə aşkarlanıb. Ç.Abbasov Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi