Yuxarı

Kartofun içərisində narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb - FOTO

Fakt üzrə araşdırma aparılır

Bakı. 12 avqust. REPORT.AZ/ Bakı İstintaq Təcridxanasına (BİT) narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə “Report”a Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, PX əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş Emin Əsəd oğlu Əliyevin yanına sovqat gətirmiş Bakı şəhəri, A.Ağayev küçəsi, ev 50 ünvanında yaşayan vətəndaş Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilən zaman bir ədəd kartofun içərisinə kustar üsulla yerləşdirilmiş bir ədəd sellofana bükülmüş xalis çəkisi 1,27 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi