Narkotik bitkilər becərən Kürdəmir sakini saxlanıldı

Narkotik bitkilər becərən Kürdəmir sakini saxlanıldı Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Hadisə
8216
24 Avqust , 2020 17:36
Narkotik bitkilər becərən Kürdəmir sakini saxlanıldı
Musayev Yasəf

Kürdəmir rayon sakinindən küllü miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində narkotik bitkiləri becərən və satışı ilə məşğul olan şəxs barədə Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) əməliyyat məlumatı daxil olub. 

Kürdəmir RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sığırlı kənd sakini Musayev Yasəf  Bəxtiyar oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış keçirilib və orada yerləşən yarımtikilidə otaqlardan birində 10 ədəd, digərində isə 13 ədəd ümumi çəkisi 2,5 kiloqram narkotik vasitə olan çətənə kolu aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı Y.Musayev etdiyi əməldən peşman olduğunu bildirib.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi