Qubada narkokuryer saxlanılıb

Qubada narkokuryer saxlanılıb Narkokuryer Qubada 2 kiloqrama yaxın narkotiklə saxlanılıb.
Hadisə
25 Yanvar , 2023 11:23
Qubada narkokuryer saxlanılıb

Qubada narkokuryer saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Abşeron rayon sakini Vasif Hacıyev tutulub.

Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi