Bakı. 26 noyabr. REPORT.AZ/ Nardaranda baş verən atışma ilə əlaqədar 3 saylı Şəhər Klinik Xəstəxanasına 3 yaralı gətirilib. Bu barədə "Report"a xəstəxananın baş həkimi Fikrət Zeynalov məlumat verib.
Onun sözlərinə görə, yaralılar artıq əməliyyat olunub: "Onların vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir. Lakin yaralıların kimliyi hələlik müəyyən edilməyib. Yaralılar gənclərdir".





