Nardaranda silahlı şəxs saxlanıldı

Nardaranda silahlı şəxs saxlanıldı Sabunçu rayonu Nardaran qəsəbəsində  silahlı şəxs saxlanılıb.
Hadisə
25 Yanvar , 2021 12:05
Nardaranda silahlı şəxs saxlanıldı
0 : 00
0 : 00

Sabunçu Rayon İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça və 4 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi