Nardaranda silah-sursat tapılıb

Nardaranda silah-sursat tapılıb Nardaran qəsəbəsində silah-sursat aşkarlanıb.
Hadisə
114
31 Yanvar , 2020 19:03
Nardaranda silah-sursat tapılıb

Nardaran qəsəbəsində silah-sursat aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, yanvarın 31-i saat 12:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində qəbirstanlıqda torbanın içərisində mərmilərin və əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd xəncər, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 80 ədəd 5.45 mm-lik və 17 ədəd 9 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi