Nardaranda əl qumbarası, patron və avtomat darağı aşkar olunub

Nardaranda əl qumbarası, patron və avtomat darağı aşkar olunub 2019-cu il 13 Aprel tarixində Agentlik tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə
Hadisə
13 Aprel , 2019 19:31
Nardaranda əl qumbarası, patron və avtomat darağı aşkar olunub

2019-cu il 13 Aprel tarixində Agentlik tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə

Aprelin 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində 1 ədəd əl qumbarası və çoxlu sayda patron tapılıb.

"Report" xəbər verir ki, daxil olan məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 14 ədəd 5.45 mm-lik patron və 1 ədəd AK-74 avtomatının darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı obyektlərin ətrafında 2,500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi