Yuxarı

Nardaranda “Azəriqaz”ın 260 metr uzunluğunda boruları oğurlanıb - FOTO

Faktla bağlı qəsəbə sakini Süleyman Salmanov saxlanılıb

Bakı. 4 mart. REPORT.AZ/ Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə “Azəriqaz” İstehsalat Birliyindən Nardaran qəsəbəsinin infrastrukturunun yenilənməsi və sosial problemlərinin həlli məqsədilə yeni qaz xətlərinin çəkilməsi üçün nəzərdə tutulan borulardan 260 metrinin oğurlanması barədə şikayət ərizəsi daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 3000 manat olan qaz borularını oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini Süleyman Salmanov saxlanılıb.

Onun qəsəbə ərazisində yaşadığı evin həyətinə baxış zamanı oğurlanan qaz boruları aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi