Yuxarı

Nardaranda ATV-nin avtomobili daşa basılıb, sürücüsü döyülüb - FOTO

Bir neçə nəfər “Report” İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib

Bir neçə nəfər “Report” İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib.

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsində gərginlik qalmaqdadır. “Report”un əməkdaşı xəbər verir ki, qəsəbəyə çəkilişə gələn “Azad Azərbaycan” Televiziyasının (ATV) avtomobilinin üzərinə bir neçə nəfər hücum edib. Avtomobil daşa basılıb, sürücüsü isə döyülüb.

Bir neçə nəfər “Report” İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib. Lakin sürücü Müşfiq Novruzov avtomobili ərazidən uzaqlaşdıra bilib.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı polisə atəş açılıb. İkisi polis olmaqla, 3 nəfərin öldürülməsi haqda məlumatlar yayılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi