Nardaran sakini tüfəngini polisə təhvil verib

Nardaran sakini tüfəngini polisə təhvil verib Bakı. 22 oktyabr. REPORT.AZ/ Nardaran sakini tüfəngini polisə təhvil verib.
Hadisə
22 Oktyabr , 2018 12:58
Nardaran sakini tüfəngini polisə təhvil verib
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Nardaran sakini tüfəngini polisə təhvil verib.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Rafiq Səmədov müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci polis bölməsinə, Salyan rayonunun Noxudlu kənd sakini Müzəffər Feyzullayev isə müvafiq sənədləri olmayan “İJ-18 E” markalı ov tüfəngini rayon Polis şöbəsinə təhvil verib.

Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Əlirzalı kənd sakini Sədrəddin Salahovdan müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb.  

Suraxanı rayon Polis idarəsi 31-ci polis bölməsinin əməkdaşları tərəfindən Əmircan qəsəbəsi ərazisində selofan torbanın içərisində nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 5 ədəd patron tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi