​Nardaran sakini silahını könüllü şəkildə polisə təhvil verib

​Nardaran sakini silahını könüllü şəkildə polisə təhvil verib Digər sakindən isə silah götürülüb
Hadisə
19 Fevral , 2016 11:25
​Nardaran sakini silahını könüllü şəkildə polisə təhvil verib

Bakı. 19 fevral. REPORT.AZ/ Nardaran qəsəbə sakinlərinin birindən sənədsiz ov tüfəngi götürülüb, başqa bir qəsəbə sakini isə silahını könüllü şəkildə polisə təhvil verib.

“Report”un xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini 1941-ci il təvəllüdlü Xanoğlan Rzaqulu oğlu Nağıyevdən 16 çaplı sənədsiz ov tüfəngi götürüb.

Nardaran qəsəbə sakini 1972-ci il təvəllüdlü Mübariz Hacıağa oğlu Nağıyev isə İJ markalı 12 çaplı ov tüfəngini könüllü olaraq Polis Bölməsinə təhvil verib.

Son xəbərlər

Orphus sistemi