Nardaran qəbiristanlığında basdırılan silah-sursat tapılıb

Nardaran qəbiristanlığında basdırılan silah-sursat tapılıb Araşdırmalar davam etdirilir
Hadisə
11 Yanvar , 2017 12:04
Nardaran qəbiristanlığında basdırılan silah-sursat tapılıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Nardaran qəsəbəsində qəbiristanlıqda torpağa basdırılan silah-sursat tapılıb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin və Daxili Qoşunlar Baş İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqdan torpağa basdırılmış kisədə "AKMS" markalı silah, 1 ədəd patron darağı, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" markalı tüfənglər, 1 ədəd "F-1" qumbarası və 274 ədəd müxtəlif çaplı patron tapılıb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi