Hakim "Nardaran işi"ndə təqsirləndirilən şəxslərin yaxınlarını zaldan çıxarıb - YENİLƏNİB

Hakim "Nardaran işi"ndə təqsirləndirilən şəxslərin yaxınlarını zaldan çıxarıb - YENİLƏNİB Proses martın 27-də davam etdiriləcək
Hadisə
13 Mart , 2017 16:33
Hakim Nardaran işində təqsirləndirilən şəxslərin yaxınlarını zaldan çıxarıb - YENİLƏNİB
Report.az

*** 13:03

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrup - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən C.Əliyev və M.İbrahimov ifadə veriblər.

Hər iki şəxs özlərini təqsirli biımədikləri deyiblər.

Günün ikinci yarısında davam etdirilən prosesdə təqsirləndirilən R.İsmayılov dindirilib. O, günahsız olduğunu, barəsində irəli sürülmüş ittihamları qəbul etmədiyini deyib. R.İsmayılov ifadəsi zamanı məhkəmə prosesinə gələn təqsirləndirilən şəxslərin yaxınları səs-küy salaraq, etiraz ediblər. Buna görə hakim onları zaldan çıxarıb.

Proses martın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.

Nardaran hadisələri ilə bağlı həbs edilən 1-ci qrup - “Müsəlman Birliyi” təşkilatın sədri Taleh Bağırov və Abbas Hüseynov 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hazırda isə ikinci qrupun - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramovun sədrliyi ilə baxılır.

Son xəbərlər

Orphus sistemi