​Nardaran hadisələrinə görə tutulan şəxsin apellyasiya şikayəti təmin edilməyib

​Nardaran hadisələrinə görə tutulan şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
2 Avqust , 2016 10:02
​Nardaran hadisələrinə görə tutulan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 2 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı tutulan Vüsal Nadir oğlu Alışın barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Alışın apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, ötən ay Nəsimi Rayon Məhkəməsində V.Alışın barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini 4 ay müddətinə artırıb. Qərardan narazı qalan V.Alış apellyasiya şikayəti verib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb. T.Bağırov və digər 17 nəfərin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi