Bakı. 12 mart. REPORT.AZ/ Nardaran hadisələri ilə bağlı Lənkəranda saxlanılan Ağayev Elman Seydəmir oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığ ilə əvəz edilməsinə dair Nərimanova Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas martın 14-nə təyin edilib.
İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Taleh Bağırov başda olmaqla cinayətkar dəstənin onlarla üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Xatırladaq ki, E.Ağayev Nardaran hadisələri ilə bağlı Lənkəran şəhərində həbs edilib.