​Nardaran hadisələrinə görə Lənkəranda tutulan şəxs apellyasiya şikayəti verib

​Nardaran hadisələrinə görə Lənkəranda tutulan şəxs apellyasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən apellyasiya şikayətinə yaxın günlərdə baxılacaq
Hadisə
18 İyul , 2016 10:10
​Nardaran hadisələrinə görə Lənkəranda tutulan şəxs apellyasiya şikayəti verib

Bakı. 18 iyul. REPORT.AZ/ Nardaran hadisələri ilə bağlı Lənkəranda tutulan Elman Seydəmir oğlu Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bu barədə "Report"a E.Ağayevin vəkili Akif Əliyev bildirib.

Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən apellyasiya şikayətinə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, ötən həftə Nəsimi Rayon Məhkəməsində E.Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini 3 ay 25 gün müddətinə artırıb. Qərardan narazı qalan E.Ağayev apellyasiya şikayəti verib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. T.Bağırov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb. T.Bağırov və digər 17 nəfərin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi