​Nardaran hadisələrinə görə həbs edilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Nardaran hadisələrinə görə həbs edilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası iyulun 13-nə təyin edilib
Hadisə
6 İyul , 2016 09:50
​Nardaran hadisələrinə görə həbs edilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 6 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Ələkbər Qurbanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 13-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci ilin noyabrın 26-da Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyat zamanı 2 polis əməkdaşı qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, bir çox üzvü, o cümlədən Ə.Qurbanov də saxlanılaraq istintaqa təqdim edilib.

Ə.Qurbanov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

Sabunçu Rayon Məhkəmənin hökmü ilə Ə.Qurbanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi Osman Kazımov apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi