Nardaranda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb

Nardaranda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, martın 26-da Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə ara
Hadisə
27 Mart , 2024 11:49
Nardaranda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb

Bakının Sabunçu rayonunun Nardaran kəndində ölümlə nəticələnən hadisə baş verib.

Bu barədə “Report”a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, martın 26-da Sabunçu rayonu Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yükqaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi