Namus üstündə anasını öldürməkdə təqsirləndirilən 17 yaşlı gəncin məhkəməsi başlayıb

Namus üstündə anasını öldürməkdə təqsirləndirilən 17 yaşlı gəncin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyunun 21-nə təyin edilib
Hadisə
14 İyun , 2017 15:17
Namus üstündə anasını öldürməkdə təqsirləndirilən 17 yaşlı gəncin məhkəməsi başlayıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Marif Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Zabrat-2 qəsəbəsində baş verib. Füzuli rayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı güllələyib. 

M.Əliyev polisə özü könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

M.Əliyev ilkin ifadəsində qətli namus üstündə törətdiyini bildirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Onu da əlavə edək ki, qətlə yetirilmiş M.Qurbanovanın 4 övladı var.

Son xəbərlər

Orphus sistemi