Naftalanda avtoyuma məntəqəsində işçini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Naftalanda avtoyuma məntəqəsində işçini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Dekabr , 2017 17:51
Naftalanda avtoyuma məntəqəsində işçini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Naftalan. 4 dekabr. REPORT.AZ/ Naftalan şəhərində avtoyuma məntəqəsində baş verən bədbəxt hadisədə ölən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Xocalı rayonundan olan məcburi köçkün, 1957-ci il təvəllüdlü Elburus İslam oğlu Əliyev avtomobil yuyarkən onu elektrik cərəyanı vurub.

Nəticədə E.Əliyev hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün tibbi ekspertizaya yerləşdirilib. 

İlkin məlumata görə, hadisə avtoyuma məntəqəsində olan maşınyuyan aparatın nasaz olması səbəbi ilə baş verib. 

Faktla bağlı araşdırmalara başlanılıb.


***17:32

Naftalan. 4 dekabr. REPORT.AZ/ Naftalan şəhərində avtoyuma məntəqəsində çalışan şəxsi elektrik cərəyan vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən avtoyuma məntəqəsində baş verib.

Belə ki, avtoyuma məntəqəsində maşın yuyan, hələlik kimliyi açıqlanmayan, Xocalı rayonundan məcburi köçkün olan orta yaşlı kişini cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi