Naftalanda 4 yaşlı uşağı velosiped vuraraq ağır yaralayıb

Naftalanda 4 yaşlı uşağı velosiped vuraraq ağır yaralayıb Uşaq Bakıdakı xəstəxanalardan birinə aparılıb
Hadisə
8 İyun , 2017 23:00
Naftalanda 4 yaşlı uşağı velosiped vuraraq ağır yaralayıb

Naftalan. 8 iyun. REPORT.AZ/ Naftalan şəhərində 4 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 2013-cü il təvəllüdlü şəhər sakini Elin Əli qızı Məmmədova küçədə oynayan zaman yolun qarşı tərəfinə keçmək istəyib, lakin bu zaman onu sürətlə hərəkətdə olan velosiped vurub.

Dərhal xəstəxanaya aparılan uşağa həkimlər tərəfindən tibbi yardım göstərilib. O, daha sonra valideynləri tərəfindən Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi