Naftalanda 35 yaşlı kişi özünə xəsarət yetirib 

Hadisə
  • 30 avqust, 2021
  • 00:55
Naftalanda 35 yaşlı kişi özünə xəsarət yetirib 

Naftalanda yerli sakin özünə kəsici xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1986-cı il təvəllüdlü E.Talıbov yaşadığı evdə əsəbi halda əli ilə pəncərənin şüşəsini sındıraraq, özünə xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 - Tezliklə