Yuxarı
    Bağlamaq

    Naftalan sakini silah-sursatı polisə təhvil verib

    Polis əməkdaşları həmin evə baxış keçirib

    Naftalan. 15 fevral. REPORT.AZ/ Naftalan şəhər sakini silah-sursatı polisə təhvil verib.

    "Report"un Qərb bürosu xəbər verir ki, şəhər sakini Ərişad Sərdarov Naftalan Şəhər Polis Şöbəsinə (ŞPŞ) müraciət edərək fevralın 5-də mərhum atası Sahibin yaşadığı mənzildən silah-sursat tapmasını bildirib. 

    Naftalan ŞPŞ əməkdaşları tərəfindən həmin evə baxış keçirilib və oradan 137 ədəd patron, "AK-SU" markalı avtomat silah, 4 ədəd "F-1" markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı, süngü-bıçaq, penal və 4 ədəd patron darağı aşkar edilərək götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi