Xaçmazda dənizdə çimən şəxs boğularaq ölüb - FOTO

Xaçmazda dənizdə çimən şəxs boğularaq ölüb - FOTO Ölən şəxsin təqribəın 40-50 yaşlı kişi olduğu bildirilir
Hadisə
2 İyul , 2017 19:39
Xaçmazda dənizdə çimən şəxs boğularaq ölüb - FOTO
Foto: Report.az

Xaçmaz. 2 iyul. REPORT.AZ/ Xəzər dənizinin Xaçmazın Muxtadır kəndi ərazisinə düşən hissəsində boğulma hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, insident bu gün axşam saat 18:30 radələrində qeydə alınıb.

Hazırda şəxsiyyəti məlum olmayan təqribən 40-50 yaşlı şəxs dənizdə çimərkən batıb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi