Nabranda avtoqəzada xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB

Nabranda avtoqəzada xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB Xaçmaz. 7 avqust. REPORT.AZ Nabranda avtoqəzada xəsarət alanların kimlikləri məlum olub.
Hadisə
7 Avqust , 2018 23:33
Nabranda avtoqəzada xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB

Xaçmaz. 7 avqust. REPORT.AZ Nabranda avtoqəzada xəsarət alanların kimlikləri məlum olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bunlar, Bakı şəhər sakinləri, 1991-ci il təvəllüdlü Həsənov Elvin Rəşid oğlu, 1989- cu il təvəllüdlü Məmmədov Mahir Vaqif oğlu, 1987-ci il təvəllüdlü Məmmədova Sevil Vaqif qızı, 2014-cü il təvəllüdlü Məmmədli Kəmaləddin Sərxan oğlu və 2016-cı il təvəllüdlü Məmmədli Yunis Sərxan oğludur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hazırda müalicələri davam etdirilir.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.


***20:55

Xaçmaz. 7 avqust. REPORT.AZ/ Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi