Bakı. 1 aprel. REPORT.AZ/ Vəkil Müzəffər Baxışov Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvlüyündən xaric edilib.
“Report”un xəbərinə görə, bununla bağlı VK-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Belə ki, onunla bağlı Ali Məhkəmənin hakimi Tatyana Qoldman VK-ya şikayət edib. Bu gün VK-da vəkillə bağlı inzibati icraata baxılıb və müvafiq qərar qəbul edilib. Qərara əsasən, VK iş üzrə müvafiq qaydada məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, M.Baxışov 16 saylı Hüquq Məsləhətxanasında çalışıb.

