Mütəxəssislər Lamiyə Quliyevanın işi ilə bağlı məsələyə münasibət bildiriblər - VİDEO

Mütəxəssislər Lamiyə Quliyevanın işi ilə bağlı məsələyə münasibət bildiriblər - VİDEO Məsələ ilə əlaqədar deputat Rafael Cəbrayılov və vəkil Kamandar Nəsibov öz fikirlərini açıqlayıblar
Hadisə
6 Fevral , 2015 16:53
Mütəxəssislər Lamiyə Quliyevanın işi ilə bağlı məsələyə münasibət bildiriblər - VİDEO

Bakı. 6 fevral. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsi ölkədə geniş müzakirələrə səbəb olub.

Bu mövzu ilə əlaqədar Azərbaycan Milli Məclisinin son plenar iclasında da məsələ qaldırılıb. Millət vəkilləri bildiriblər ki, L.Quliyevanın uşaq dünyaya gətirməsi faktı araşdırılmalıdır.

Məlum məsələ ilə bağlı deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov və vəkil Kamandar Nəsibov "Report"a öz fikirlərini açıqlayıblar.

Xatırladaq ki, L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunublar. Onlar 2003-cü ildə Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Hazırda Baş Prokurorluq Lamiyə Quliyeva barəsində olan cinayət işi ilə bağlı protest verib. Xətai Rayon Məhkəməsi protestə baxılması üçün qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi