Qubada müştərini öldürmək istəyən kababçının məhkəməsi başlayıb

Qubada müştərini öldürmək istəyən kababçının məhkəməsi başlayıb Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhd etməkdə təqsirləndirilən Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
12 Fevral , 2019 17:53
Qubada müştərini öldürmək istəyən kababçının məhkəməsi başlayıb

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhd etməkdə təqsirləndirilən Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Quba rayonunda kafelərdən birində baş verib. Kafenin kababçısı B.Cəfərovla müştərisi, Quba şəhər sakini, 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəminində kababçı müştərini bıçaqlayıb. Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Kafenin kababçısı B.Cəfərov əvvəllər məhkum olunub. 

Son xəbərlər

Orphus sistemi