Müsavat Partiyasının təşkilat sədri azadlığa buraxılıb - FOTO

Müsavat Partiyasının təşkilat sədri azadlığa buraxılıb - FOTO Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidov azadlığa buraxılıb.
Hadisə
17 Mart , 2019 13:27
Müsavat Partiyasının təşkilat sədri azadlığa buraxılıb - FOTO

Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidov azadlığa buraxılıb. 

"Report" xəbər verir ki, qərar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı çərçivəsində Salyan rayonunun Yenikən kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Qeyd edək ki, Ə.Xurşidov 2017-ci il noyabrın 22-də Şirvan şəhərində həbs olunmuş və Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.  

Xatırladaq ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub.

Son xəbərlər

Orphus sistemi