Yuxarı
    Bağlamaq

    Müğənni Samir Piriyevlə Türkiyə vətəndaşı üzləşdirilib

    Müğənni Samir Piriyev dələduzluqda ittiham etdiyi teleaparıcı Kamran Həsənlinin cinayət işi ilə əlaqədar Türkiyə vətəndaşı Ərhan adlı şəxs dindirilib

    Bakı. 26 avqust. REPORT.AZ/ Müğənni Samir Piriyev dələduzluqda ittiham etdiyi teleaparıcı Kamran Həsənlinin cinayət işi ilə əlaqədar Türkiyə vətəndaşı Ərhan adlı şəxs dindirilib. 

    Bu barədə "Report"a S.Piriyevin hüquq nümayəndəsi Ruslan Əhmədoğlu məlumat verib.

    Onun sözlərinə görə, bir il yarımdır axtarışda olan Ərhan ölkəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və ifadəsi alınıb: "İstintaqda zərurət yarandığı üçün Ərhan ölkəsində axtarışa verilib, tapılıb və izhahatı alınıb. O ifadəsində bildirib ki, ümumiyyətlə, Samir Piriyevi bir dəfə görüb. Həmin vaxt da Samir Türkiyəyə gələndə görüşüb, pullarını istəyib. Ərhan izahatında qeyd edib ki, həmin vaxt Samir ona deyil Kamran Həsənliyə pul verib. Ərhan Samirə "pullarını get Kamrandan tələb elə" söyləyib. O, Samirlə həmin gündən sonra əlaqə saxlamadığını bildirib. Həmin ifadə də Azərbaycana göndərilib və iş hazırda Nərimanov Rayon Polis İdarəsinin İstintaq idarəsində araşdırılır".

    R.Əhmədoğlu bildirib ki, Ərhan adlı Türkiyə vətəndaşının ifadəsi Azərbaycana göndəriləndən sonra özü də Bakıya gəlib: "Həmin ifadənin Bakıya göndərilməsindən iki gün sonra Ərhanın özü Azərbaycana gəlib. Kamran Həsənlinin özü müstəntiqə deyib ki, "Ərhan gəlir". Ən maraqlısı budur ki, bir müddətdir tapılmayan Ərhan Kamran Həsənli və istintaqın köməkliyi ilə Bakıya gətirilib. Türkiyə hüquq-mühafizə orqanları Ərhanın izahatını alandan sonra onun özü necə oldu Bakıda müstəntiqin otağında peyda olub? Bu müddət ərzində o, harada idi?"

    R.Əhmədoğlu bildirib ki, Nərimanov Rayon Polis İdarəsində Ərhan adlı Türkiyə vətəndaşı ilə müğənni S.Piriyev arasında üzləşmə olub: "O, üzləşmə zamanı bilərəkdən Türkiyədə hüquq-mühafizə orqanlarına səhv izahat verdiyini deyib. Ərhan qeyd edib ki, Samir pulu Türkiyədə ona iki dəfəyə verib. Müstəntiq də ona sual verib ki, "bəs Türkiyədə verdiyin ifadəndə demisən ki, Samiri cəmi bir dəfə görmüşəm". Ərhan da qeyd edib ki, belə ifadə verdiyini xatırlamır. Artıq istintaqa hər şey bəllidir".

    Qeyd edək ki, bir müddət əvvəl müğənni S.Piriyev mətbuata açıqlamasında teleaparıcı Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi