MTN-in sabiq idarə rəisi Akif Çovdarova qarşı rəsmi ittiham irəli sürülüb

MTN-in sabiq idarə rəisi Akif Çovdarova qarşı rəsmi ittiham irəli sürülüb O, hazırda Səbail Rayon Məhkəməsinə aparılır
Hadisə
15 Noyabr , 2015 15:19
MTN-in sabiq idarə rəisi Akif Çovdarova qarşı rəsmi ittiham irəli sürülüb

Bakı. 15 noyabr. REPORT.AZ/ Ötən gün saxlanılan Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov hazırda Səbail Rayon Məhkəməsinə aparılır.

"Report" xəbər verir ki, ona qarşı rəsmi ittiham irəli sürülüb.

General Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi, eləcə də, vəzifə səlahiyyətlərini aşma və şantajda təqsirli bilinir.

Xatırladaq ki, Akif Çovdarov ötən gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparılıb. Sabiq dövlət rəsmisi orada dindirildikdən sonra Nərimanov rayonunda yerləşən müvəqqəti saxlama məntəqəsinə gəaparılıb.

Son xəbərlər

Orphus sistemi