MTN-in həbsdə olan polkovniki apellyasiya şikayəti verib

MTN-in həbsdə olan polkovniki apellyasiya şikayəti verib Bakı. 20 noyabr. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Hadisə
20 Noyabr , 2017 18:56
MTN-in həbsdə olan polkovniki apellyasiya şikayəti verib

Bakı. 20 noyabr. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə "Report"a onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, apellyasiya şikayəti Bakı Hərbi Məhkəməsinə təqdim edilib.

Vəkil bildirib ki, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, hökmə əsasən, Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Son xəbərlər

Orphus sistemi