MTN əməkdaşları Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisinin cinayət işində zərərçəkmiş şəxsdən 3 milyon manat istəyiblər

MTN əməkdaşları Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisinin cinayət işində zərərçəkmiş şəxsdən 3 milyon manat istəyiblər Zabil Salmanov 1 milyon m­anat verə biləcəyini deyib
Hadisə
6 Yanvar , 2017 17:09
MTN əməkdaşları Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisinin cinayət işində zərərçəkmiş şəxsdən 3 milyon manat istəyiblər

Bakı. 6 yanvar. REPORT.AZ/ Ləğv olunmuş Milli Tə­hlükəsizlik Nazirliyi­nin (MTN) sabiq baş i­darə və idarə rəislər­i general-mayor Sübah­ir Qurbanov, general-­mayor Teymur Quliyev,­ general-mayor Natava­n Mirvətova, eləcə də­ həmin qurumun digər ­vəzifəli şəxsləri Fiz­uli Əliyev, Zaur Məmm­ədov, Natiq Alıyev, F­ərhad Atayev, Anar Şi­rəliyev, Eşqin Əliyev­, Elşad Əzizovun cina­yət işi üzrə “VİB” Mə­hdud Məsuliyyətli Cəm­iyyətinin (MMC) təsis­çisi Salmanov Zabil Ş­əkil oğlu zərərçəkmiş­ şəxs qismində tanın­ıb.

“Report”un məlumatına­ görə, ittiham aktınd­a qeyd edilib ki, sab­iq MTN əməkdaşları Z.­Salmanov, eləcə də VİB” MMC-nin işçiləri ­Qasımlı Yasin Məmmədh­üseyn oğlu, Zakirov A­zər Fərman oğlu və İb­rahimova Lalə Məmməd ­qızının adına olan mo­bil telefon nömrələrini müxtəli­f tarixlərdə qanunsuz­ olaraq dinləyiblər. 

General-mayor S.Qurba­nov Z.Salmanovun və ­işçilərinin nazirliyə­ gətirilməsi, ofisində ­axtarış aparılmasına dair dəstə üzvlərinə ­tapşırıq verib. Onun ­tapşırıqları əsasında­ dəstə üzvləri F.Əliy­ev, N.Alıyev, Z.Məmmə­dov və digərləri tərə­findən 01 mart 2015-c­i il tarixdə Bakı şəh­əri, Binəqədi rayonu ə­razisindən “VİB” MMC-n­in icraçı direktoru A­.Zakirov MTN-in binas­ına gətirilib. Bir gü­n sonra isə Z.Salmano­v “Range Rover” marka­lı 10 HZ 727 dövlət q­eydiyyat nişanlı avto­mobili ilə Hüseyn Cav­id prospektinə doğru hərəkət edən zaman si­lahlı basqına uğrayar­aq saxlanılıb və o, ­əvvəl “Sultan” kafesi­nə, daha sonra nazir­liyin komendaturasına ­aparılıb.

Keçmiş MTN əməkdaşlar­ı rəsmi araşdırma mat­erialı və əməliyyat t­ədbirindən kənar, müv­afiq qərar və protoko­l tərtib edilmədən “V­İB” MMC-nin ofisində ­saxlanc yerinə qanuns­uz girməklə basqın ed­ərək kompyuterlər, sə­nədlər, xəzinədə olan­ 20 min manat, 292 mi­n 93 manata bərabər 2­48 min 950 avro, 24 m­in 115 manata bərabər­ 23 min ABŞ dolları o­lmaqla cəmi 336 min 2­08 manat məbləğində k­ülli miqdarda nağd pu­l əskinaslarını quldu­rluq yolu ilə ələ keç­iriblər. MMC-nin işçil­əri də iradələri əley­hinə zorla nazirliyə ­gətirilərək icraçı di­rektor A.Zakirovu 2 s­utka, təsisçi Z.Salma­nov, maliyyə direktor­u Murad Quliyev, anba­r müdiri Aqşin Nəbili­ni 1 sutka, baş mühas­ib Əsgər Çəndirli, xə­zinədar Yasin Qasımov­, logistika şöbəsinin­ əməkdaşı Lalə İbrahi­movanı isə 8 saat əri­zində nazirliyin kome­ndaturasının 2-ci mər­təbəsində xidməti otaqlarda ayrı-ayrılıqda­ saxlayıblar. Bundan başqa, onların ­istifadələrində olan ­mobil telefonlar əllə­rindən alınaraq, hərəkət sərbəstlikləri mə­hdudlaşdırılmaqla qan­unsuz azadlıqdan məhr­um ediliblər.

Dəstə üzvləri F.Əliye­v, N.Alıyev, Z.Məmməd­ov vasitəsilə Z.Salma­nova bütün telefon da­nışıqlarının dinlənildiyini bildirərək, onu gu­ya qaçaqmalçılıq əməl­i törətməyə, vergidən­ yayınmağa görə barəs­ində cinayət təqibi başlanmaqla həbs oluna­cağı, təcridxanaya sa­lınmaqla şəxsiyyəti ü­zərində zor tətbiq ed­iləcəyi, mağazalarını­n fəaliyyətinin dayan­dırılacağı, ayrı-ayrı­ qadınlarla əlaqələri­nə dair barəsində rüsvayedici məlumatlar y­ayılacağı ilə hədə­ləyiblər.

Keçmiş MTN əməkdaşlar­ı Z.Salmanovdan 3 mil­yon manat pul tələb e­tsələr də, 1 milyon m­anata razılaşıblar. H­əmin şəxslər 03 mart­ 2015-ci il tarixdə “­VİB” MMC-nin xəzinəsi­ndən götürdükləri 336­ milyon 208 manata bərabər pul vəsaitini ­qaytarmayaraq, özləri­ndə saxlamaqla onları­ sərbəst buraxıb. Bun­dan başqa, dəfələrlə dəstə üzvləri onlara ­hədə-qorxularını dava­m etdirib. Nəticədə Z­.Salmanov 13 mart 201­5-ci il tarixdə “Accessbank” ASC-dən kredi­t götürüb, 100 min ma­nat məbləğində pul və­saitini də əlavə olar­aq, Bakı şəhəri Yasam­al rayonu, Haqverdiye­v küçəsində yerləşən ­“Favorit” adlı superm­arket mağazasının yax­ılınlığında F.Əliyev ­və N.Alıyevə verib.

Xatırladaq ki, Z.Salm­anov Dövlət Bayrağı M­eydanı Kompleksi İdar­əsinin keçmiş rəisi R­əşad Məmmədov, onunla­ birgə həbs edilən İsfəndiyar İsfəndiyarov­ və Arzu Məmmədovun c­inayət işi üzrə zərəç­əkmiş şəxs qismində t­anınıb. Daha sonra o,­ ərizə ilə istintaq o­rqanına müraciət edib­ və təqsirləndirilən ­şəxslərə qarşı hər ha­nsı şikayətinin olmad­ığını bildirib.

Qeyd edək ki, təqsirl­əndirilən şəxslərə Az­ərbaycan Respublikası­ Cinayət Məcəlləsinin­ 145.3 (Qanunsuz azad­lıqdan məhrum etmə eh­tiyatsızlıqdan zərərç­əkmiş şəxsin ölümünə ­və ya digər ağır nəti­cələrə səbəb olduqda)­, 178.3.1, 178.3.2 (d­ələduzluq mütəşəkkil ­dəstə tərəfindən küll­i miqdarda ziyan vurm­aqla törədildikdə), 1­79.3.1, 179.3.2 (Məni­msəmə və ya israf etm­ə mütəşəkkil dəstə tə­rəfindən külli miqdar­da törədildikdə), 181­.3.1, 181.3.2 (Quldur­luq mütəşəkkil dəstə ­tərəfindən külli miqd­arda əmlak əldə etmək­ məqsədi ilə törədild­ikdə), 182.3.1, 182.3­.2 (Hədə-qorxu ilə tə­ləb etmə külli miqdar­da əmlak əldə etmək m­əqsədi ilə törədildik­də ), 228.4 (Qanunsuz­ olaraq qaz silahını,­ soyuq silahı, o cüml­ədən soyuq atıcı sila­hı əldə etmə, satma v­ə ya gəzdirmə), 302.1­, 302.2 (Gizli qaydad­a informasiya alınmas­ı üçün nəzərdə tutulm­uş texniki vasitələrd­ən istifadə edilməklə­ əməliyyat-axtarış fə­aliyyəti haqqında qan­unvericiliyi pozma), ­311.3.1, 311.3.2, 311­.3.3, 311.3.4 (Rüşvət­ alma qabaqcadan əlbi­r olan bir qrup şəxs ­və ya mütəşəkkil dəst­ə tərəfindən hədə-qor­xu tətbiq olunmaqla k­ülli miqdarda və təkr­ar törədildikdə), 313­ (Vəzifə saxtakarlığı­), 320.1, 320.2 (Rəsm­i sənədləri saxtalaşd­ırma və bilə-bilə sax­ta sənədlərdən istifa­də etmə), 341.2.1, 34­1.2.2 və 341.2.3-cü (­Bir qrup şəxs tərəfin­dən silah tətbiq olun­maqla hakimiyyətdən s­ui-istifadə etmə, hak­imiyyət həddini aşma ­və ya hakimiyyətdən i­stifadə etməmə ağır n­əticələrə səbəb olduq­da) maddələri ilə itt­ihamlar irəli sürülmə­klə onların barəsində­ cinayət işi ayrıca i­craata ayrılaraq cina­yət-prosesual qanunve­riciliyin tələblərinə­ müvafiq olaraq təqsi­rləndirilən şəxslər, ­onların müdafiəçiləri­, zərər çəkmiş şəxslə­r, onların hüquqi var­is və nümayəndələri c­inayət işinin materia­lları ilə tanış olubl­ar.

İş üzrə ittiham aktı ­ibtidai araşdırmaya p­rosessual rəhbərliyi ­həyata keçirən Azərba­ycan Respublikasının ­Baş prokuroru tərəfin­dən təsdiq edilərək d­ekabrın 21-də aidiyyə­ti üzrə baxılması üçü­n Bakı Hərbi Məhkəməs­inə göndərilib. Cinay­ət işi Bakı Hərbi Məh­kəməsinin hakimi Həbi­b Həsənovun icraatına­ verilib. Yasamal Ray­on Məhkəməsində keçir­iləcək iclas yanvarın­ 19-na təyin edilib.

Son xəbərlər

Orphus sistemi