Motosiklet ağaca çırpıldı, sürücü öldü

Motosiklet ağaca çırpıldı, sürücü öldü Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
4 Fevral , 2020 12:06
Motosiklet ağaca çırpıldı, sürücü öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 4-də saat 2 radələrində Səbail rayonunun Neftçilər prospektində Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi “Suzuki” markalı motosikleti yolun kənarındakı ağaca vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi