Bakı. 12 noyabr. REPORT.AZ/ İraqın Mosul şəhərində baş verən iki partlayış nəticəsində 4 nəfər ölüb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə zamanı daha 3 mülki şəxs yaralanıb.
Partlayışların İŞİD terror qruplaşmasının üzvləri tərəfindən törədildiyi bildirilir. Hadisələrin baş verdiyi yerlərə hüquq-mühafizə orqanları və təcili yardım əməkdaşları cəlb olunub.
İraq ordusu nümayəndələrinin sözlərinə görə, Mosulun qərbində içərisində partlamamış raket və partlayıcıların olduğu avtomobil aşkar edilib.