Moskvada Azərbaycan konsulluğunun əməkdaşına hücum olub - YENİLƏNİB - VİDEO

Moskvada Azərbaycan konsulluğunun əməkdaşına hücum olub - YENİLƏNİB - VİDEO Zərərçəkən müxtəlif bədən xəsarətləri alıb
Hadisə
175
16 Aprel , 2016 06:43
Moskvada Azərbaycan konsulluğunun əməkdaşına hücum olub - YENİLƏNİB - VİDEO

Bakı. 16 aprel. REPORT.AZ/ Moskva polisinə Azərbaycan konsulluğunun əməkdaşına hücum edilməsi barədə məlumat daxil olub.

"Report" "Lifenews"a istinadən xəbər verir ki, bunu şikayətçi özü bildirib.

O, taksi sifariş etdiyini, lakin yolda gedərkən münaqişə baş verdiyini bildirib. Sonda Moskvanın mərkəzindən keçən Konyuşkovski küçəsində sözügedən şəxsə bədən xəsarətləri yetirilib.

"Təcili yardım çağırılıb. Zərərçəkən Azərbaycan konsulluğunun əməkdaşı olduğunu iddia edir", — deyə tibbi dairələrdə olan mənbə bildirib.

***07:20

Rusiyanın paytaxt polisi Moskvanın mərkəzində Azərbaycan konsulunun döyülməsi haqqında məlumatı araşdırır.

"Report" xəbər verir ki, bu barədə REN TV-yə şəhərin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İlkin fərziyyəyə görə, insident Konyuşkovski küçəsində baş verib.

Zərərçəkən şəxsin vəziyyəti barədə məlumat dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi