​Moskvada qanunsuz qara kürü ticarəti ilə məşğul olan üç azərbaycanlı tutulub

​Moskvada qanunsuz qara kürü ticarəti ilə məşğul olan üç azərbaycanlı tutulub Təqsirləndirilən şəxsləri 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir
Hadisə
16 Mart , 2016 07:56
​Moskvada qanunsuz qara kürü ticarəti ilə məşğul olan üç azərbaycanlı tutulub

Bakı. 16 mart. REPORT.AZ/ Moskvada sağlamlıq üçün təhlükəli olan qanunsuz nərə kürüsü ticarəti faktı üzrə cinayət işi qaldırılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən "Fishnews" məlumat yayıb.

İstintaqın fərziyyəsinə görə, üç Azərbaycan vətəndaşı və bir rusiyalı 2015-ci ilin mart ayından dekabrınadək olan dövr ərzində təhlükəsizlik tələblərinə cavab verməyən qara kürü satışı ilə məşğul olublar.

Ötən ilin dekabrında hüquq-mühafizə orqanları əməkdaşlarının birgə əməliyyatı nəticəsində 10 kq-dan artıq nərə balığı kürüsü götürülüb. Aparılan ekspertiza məhsulun sağlamlıq üçün təhlükəli olduğunu təsdiq edib.

Saxlanılan şəxslər bu cinayətə görə 6 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Cinayət işinin istintaqı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi