Moskvada neft emalı zavodunda baş vermiş yanğın lokallaşdırılıb

Moskvada neft emalı zavodunda baş vermiş yanğın lokallaşdırılıb Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən neft emalı zavodunda yanğın baş verib.
Hadisə
17 Noyabr , 2018 11:02
Moskvada neft emalı zavodunda baş vermiş yanğın lokallaşdırılıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən neft emalı zavodunda yanğın baş verib.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə, ümumilikdə, 50-yə yaxın texnika cəlb edilib. 

“Hündürlüyü 10 metrdən artıq olan 2 yanğın ocağı qeydə alınıb. Yanğın artıq lokallaşdırılıb”, - deyə məlumatda vurğulanıb.

Rusiya Energetika Nazirliyindən isə bildiriblər ki, yanğın zamanı xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi