Yuxarı

Moskvada iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müstəntiqlər saxlanılan şəxsin cinayətlə əlaqəsinin olub-olmamasını müəyyənləşdirirlər

Bakı. 12 avqust. REPORT.AZ/ Moskvada iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, polis Moskvanın şərqində, Ferqabskaya küçəsində iki azərbaycanlının qətlində şübhəli bilinən şəxsin gizləndiyi ehtimal edilən evi mühasirəyə alıb. Əməliyyat nəticəsində şübhəli şəxs tutulub. 

Hazırda müstəntiqlər saxlanılan şəxsin cinayətlə əlaqəsinin olub-olmamasını müəyyənləşdirirlər. Ümumiyyətlə, Ryazan prospektindəki qanlı hadisə ilə bağlı bütün mümkün versiyalar nəzərdən keçirilir.

Xatırladaq ki, naməlum silahlı şəxs səhər saat 05 radələrində Ryazan prospektində 46 nömrəli evin qarşısında 3 nəfərə hücum edib. Hadisə nəticəsində xəsarət alanların ikisi keçinib. Dünyasını dəyişənlərin kimliyi müəyyənləşib. Bunlar 1947-ci və 1980-ci il doğumlu azərbaycanlılardır. Xəsarət alan daha bir nəfər xəstəxanadadır, onun həyatı təhlükədə deyil. Hadisə ilə bağlı iki və daha çox şəxsin öldürülməsi, eləcə də qəsdən başqasına orta ağır dərəcəli xəsarət yetirmə maddələri üzrə cinayət işi açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi